office@afa.az

(+99455) 683 55 55

Baku,Mammad Araz 109


Qadın fermerlər üçün "Evim iş yerim" layihəsi həyata keçirildi

Azərbaycan Fermerlər Assosiasiyasının həyata keçdirdiyi layihə çərçivəsində Ağsu rayonunda öz təsərrüfat sahəsində fəaliyyət göstərən qadın fermerlər və kənd təsərrüfatı korporativləri nümayəndələrinin iştirakı ilə təlim təşkil olunub. AFA-nın sədri Pərviz İlyasov, kənd təsərrüfatı sahəsində olan yeniliklər, bu sahəyə olan dövlət dəstəyi, qadın fermerlərin öz şəxsi bizneslərini yaradaraq sahibkarlıq fəaliyyətinə cəlb olunması və s. mövzularda fermerləri məlumatlandırmışdır. 

Həmçinin, layihənin partnyoru olan Gənc Mühasiblər İctimai Birliyi tərəfindən dəvət olunmuş ekspert,  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi islahatlar, kənd təsərrüfatı ilə əlaqədar olaraq informasiya əldə etmək üçün verilənlər bazasının formalaşdırılması, EKTİS-dən qeydiyyatdan keçmə, subsidiyaların verilməsi və s. aktual mövzularda məlumat vermişdir. 

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.