office@afa.az

(+99455) 683 55 55

Baku,Mammad Araz 109

Biznes konsultasiyalar

Məlum məsələdir ki, kənd təsərrüfatı məhsullarının istehsalı həm də cəmiyyətin üzvlərinin sağlam qida ilə təmin edilməsinin ən əsas mənbəyidir. İnsanların sağlam qida ilə təmin edilməsi üçün yalnız qida məhsullarının becərilməsi və heyvanların bəslənilməsi deyil eyni zamanda bu qidanın son istehlakçıya düzgün çatdırılmasıdır. Bu məqsədlə də fermerlik aqrar fəaliyyət olmaqla yanaşı həm də iqtisadi fəaliyyət olan, bir biznes sahəsidir. Bu biznesin düzgün idarə oluna bilməsi üçün real praktiki tətbiqlər olduqca əhəmiyyətlidir. Odur ki, istehsal etdikləri məhsulların satışını tez və səmərəli təşkil edə bilmələri üçün üzvlərimizə biznes konsultasiyalar da təqdim edirik. Bir çox fermer konsultasiyalarımızdan əxz etdiklərini tətbiq etməklə uğurlu biznes qurmaqdadırlar. Konsultasiya almaq üçün elə indi bizə üzv ola bilərsiniz.