Bitkiçilik bitkilərin ərzaq, heyvan yemi və dekorativ məqsədlər üçün yetişdirilməsidir. Ölkəmizin iqlim şəraiti bütün kənd təsərrüfatı bitkilərinin yetişdirilməsinə imkan verir. Biitkiçilik kənd təsərrüfatı sahəsi kimi ölkəmizdə zəngin ənənəyə malikdir. Bitkiçiliyin inkişaf etdirilməsi Azərbaycanın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə böyük təkan verəcəyini bilərək, fermerləri bir araya gətirdik. Bitkiçiliklə məşğul olan üzvlərimizə daha keyfiyyətli və yüksək məhsuldarlıq əldə edilməsi istiqamətində yardımçı oluruq. Azərbaycan Fermerlər Assosiasiyası olaraq qarşımıza qoyduğumuz məqsədlərdən biri də bitkiçiliyin ölkəmizdə yüksək standartlara uyğun inkişafıdır. Bu məqsədə çatmaq üçün bitkiçiliklə məşğul olan fermerlərlə müntəzəm görüşlər keçirir, onların problemlərinin həlli üçün bu problemləri qabardırıq. Bitkiçi fermerlərimizə nə veririk:
• Aqrotexnika qaydalarına dair məsləhətlər
• Bitkiçiliyin bir biznes kimi idarə edilməsində konsultasiyalar
• Subsidiyaların alınması istiqamətində tövsiyyələr
• Torpaq və su analizi
• Bitkiçi fermerlərin problemlərinin həllində yaxından iştirak
Bitkiçiliklə məşğul olan fermerlərimizə dəstək və yardım Azərbaycan Fermerlər Assosiasiyası olaraq ümdə vəzifələrimizdən biridir. Biz bitkiçi fermerləri ölkədə bitkiçiliyin inkişafı üçün səyləri bir araya qoymağa dəvət etdik
Bu layihə, kənd təsərrüfatının hər bir sahəsində təlim fəaliyyətinə əhəmiyyət verərək, məhsuldar və təşəbbüskar ruhu olan qadınları maariflə...
Azərbaycan Fermerlər Assosiasiyası və Gənc Mühasiblər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi,&nbs...