office@afa.az

(+99455) 683 55 55

Baku,Mammad Araz 109


Kənd Təsərrüfatında Qadın Sahibkarlığının Gücləndirilməsi Proqramı

Bu layihə, kənd təsərrüfatının hər bir sahəsində təlim fəaliyyətinə əhəmiyyət verərək, məhsuldar və təşəbbüskar ruhu olan qadınları maarifləndirmək, həyata keçirilə biləcək layihələrin reallaşmasında onların effektivliyini artıraraq kənd təsərrüfatında qadın sahibkarlığını maksimum dərəcədə gücləndirmək məqsədi daşıyır.

Layihə çərçivəsində müxtəlif regionlardan olan qadın fermerlər ilə mütəmadi görüşlər həyata keçirilir. Kənd təsərrüfatı məhsulları istehsalının hər mərhələsində qadın fermerlərin bilik və bacarıqlarını artırmaq, davamlı əkinçilik fəaliyyətini təmin etmək və keyfiyyətli məhsulu artırmaq üçün bağçılıqdan heyvandarlığa, meyvəçilikdən istixanaya, arıçılıqdan ipəkçiliyə qədər bir çox kənd təsərrüfatı mövzusunda müxtəlif metodikalar tətbiq edilərək təlimlər verilir. Bundan əlavə, qadın fermerlərin və gənc qızların sosial həyatını müasir həyat səviyyəsinə çatdırmaq və sosial-iqtisadi baxımdan onları inkişaf etdirmək üçün müxtəlif sosial məsələlərdə (ailə resursları və idarəetmə, qidalanma, uşaq inkişafı və təhsili, əl işləri kimi) təlim fəaliyyətləri həyata keçirilir. Mentorlarla çalışan qadınlar, öz imkanlarını fürsətə çevirərək şəxsi bizneslərini qura bilirlər. Onların əldə etdikləri məhsulları turşu, mürəbbə və bu kimi müxətlif şəkildə qablaşdırıb sataraq gəlir əldə etmələri üçün dəstək verilir.  

Layihə Azərbaycan Fermerlər Assosiasiyası və Gənc Mühasiblər İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.