office@afa.az

(+99455) 683 55 55

Baku,Mammad Araz 109


Gənc Mühasiblər İctimai Birliyi, QHT-lərə Dövlət Dəstəyi Şurasını dəstəyi ilə “Regionlarda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi” layihəsini davam etdirir.

Sentyabrın 15-də  layihə çərçivəsində Şamaxı rayonunda fəaliyyət göstərən fermerlər və kənd təsərrüfatı korporativləri nümayəndələrinin iştirakı ilə üçüncü təlim keçirilib.  Onlayn tədbiri Gənc Mühasiblər İctimai Birliyinin maliyyə direktoru Rəvan Cəfərli açaraq, layihə və təşkilat haqqında geniş məlumat verib. Rəvan bəy eyni zamanda təlimlərə dəstək  göstərdiyi üçün Şamaxı Rayon İcra Hakimiyyətinə və Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə dərin təşəkkürünü bildirib. Təlimdə Azərbaycan Fermerlər Assosiasiyasının (AFA)  sədri Pərviz İlyasov çıxış edərək kənd təsərrüfatı sahəsində olan yeniliklər, bu sahəyə olan dövlət dəstəyi, subsidiyalar və buna bənzər mövzular haqqında geniş məlumat verərək, iştirakçılar tərəfindən ünvanlanan suallara cavab vermişdir. Təlimçi İsa Şəfiyev, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi islahatlar, kənd təsərrüfatı ilə əlaqədar olaraq informasiya əldə etmək üçün verilənlər bazasının formalaşdırılması, EKTİS-dən qeydiyyatdan keçmə, subsidiyaların verilməsi və s. aktual mövzularda məlumat verərək, kənd təsərüffatı korporativi nümayəndələrinə məlumat vermişdir. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.