office@afa.az

(+99455) 683 55 55

Baku,Mammad Araz 109

Biz kimik

Azərbaycan Fermerlər Assosasiyası ölkəmizdə fermer təsərrüfatlarına dəstək verilməsi yolu ilə kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədini daşıyan mənfəət güdməyən bir təşkilatdır. Təşkilat kənd təsərrüfatı sahəsində çalışan bir qrup professionalın şəxsi inisiativi ilə 2018-ci ildə təsis edilmişdir. AFA yarandığı gündən Azərbaycan Respublikasında fermerlərin və ailə təsərrüfatlarının üzləşdiyi problemlərin həll edilməsi, fermer və iri sahibkarlar, fermerlər və dövlət, fermerlər və media arasında sağlam dialoqun qurulması istiqaməti üzrə fəaliyyət göstərməkdədir. Fermerlərin, eləcə də kəndli təsərrüfatlarının bütün təbəqələrinin maraqlarının və hüquqlarının qorunması, ölkədə kütləvi fermer hərəkatının inkişafı, torpaq və təsəsrrüfat sahiblərinə dövlət dövlət dəstəyinə tövhələr verilməsi AFA-nın başlıca iş prinsipi olduğundan təşkilat aqrar sənayenin bütün iştirakçılarının assosasiyasıdır. Buna görə də təşkilata üzvlük könüllülük prinsipi əsasında iqtisadiyyatın aqrar sektorunun bütün iştirakçıları üçün sərbəstdir.

Missiyamız

Ölkəmizdə fermer və ailə təsərrüfatlarının inkişafına yardım göstərmək.

Azərbaycanda fermer və təsərrüfatçılıq mədəniyyətinin formalaşdırılmasına və inkişaf etdirilməsinə dəstək olmaq.

Azərbaycanda fermerlərin ən yaxın tərəfdaşına çevrilmək, femerlərin problemlərini aradan qaldırılması üçün sağlam dialoq qurmaq.

Vizyonumuz

Fermerlərin problemlərinin həlli üçün innovativ, praktiki və beynəlxalq təcrübəyə əsaslanan konkret addımların atılması.

Məqsədimiz

Məqsədimiz fermerlərin və ailə təsərrüfatlarının üzləşdiyi problemlərin həll edilməsi, fermer və iri sahibkarlar, fermerlər və dövlət, fermerlər və media arasında sağlam dialoqun qurulması istiqaməti üzrə effektiv fəaliyyətin qurulması və bunla da rəqabətqabiliyyətli kənd təsərrüfatının inkişaf etdirilməsidir.

Dəyərlərimiz

  • İnnovasiya
  • Kreativlik
  • Professionallıq
  • Komanda işi
  • Ekosistemin və ətraf mühitin qeydinə qalma